ADDIMINI KƏNARA QOYMAMAQ
ADI BATMAQ
OBASTAN VİKİ
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Adəm Heydərov
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cü ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Adəm Umalatov
Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR – 5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994–1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998–2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs. == Bioqrafiyası == Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur. Milliyətinə görə çeçendir. Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır. 1992–1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir. Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994–1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Adəm peyğəmbər
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Adəm Şoqensukov
Adəm Şoqensukov (31 avqust (13 sentyabr) 1916, Baksan, Terek vilayəti – 5 may 1995 və ya 1995, Baksan, Kabardin-Balkariya) — Kabardin şairi, nasir, dramaturq və publisist. Kabardin-Balkar MSSR xalq şairi (1969). Əsərlərini Kabardin və rus dillərində yazmışdır. == Bioqrafiyası == Adəm Şoqentsukov 1916-cı il avqustun 31-də Rusiya İmperiyasının Terek vilayətinin Nalçik dairəsinin Kuçmazukino (indiki Baksan şəhəri) kəndində anadan olmuşdur. İbtidai kənd məktəbində təhsil alır. 1940-cı ildə Kabardin-Balkar Universitetinin dil və ədəbiyyat fakültəsini bitirir. O, 1938-ci ildə ilk əsərlərini nəşr etdirir. 1939-cu ildə şeirlər silsiləsinə SSRİ Yazıçılar İttifaqına qəbul olunur. 1941-ci ilin noyabrından müharibənin sonuna kimi Adəm Şoqensukov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Qafqazdan Praqa, Budapeşt və Vyanaya yürüş etmişdir. Tərxis olunduqdan sonra Adəm Şoqentsukov Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Adəm Əliyev
Adəm Əmirov
Adəm Günəş
Adəm Günəş(türk. Adem Güneş;1969, Ankara) — Türkiyənin tanınmış yazıçısı, pedaqoqu. 1969-cu ildə Ankarada anadan olub. Rotterdam Universitetinin Pedaqogika fakültəsini bitirib. Onun 22 türk, 2 ingilis dilində çap olunmuş əsəri var. Adəm Günəş, Türkiyədə ən çox kitabları satılan 16-cı yazardır.
Mancuriya alması
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır.
Meşə alması
Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur. Soyuğa, quraqlığa davamlı bitkidir. İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır. Əfsanəyə görə, bu mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur. İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Qızıləhməd alması
Qızıləhməd alması (lat. Malus niedzwetzkyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni müəyyən edilməmişdir. Orta Asiyada yayılma ehtimalı var. 2-6 (8) m hündürlüyündə ağacdır. Çətiri çadırvarıdır. Yaşlı ağaclarda gövdə qabıqları az bükülmüş, qonurtəhər-boz rəngdə olur. Çoxillik budaqları və cavan ağacların gövdəsi qırmızımtıl-qonur rəngdədir. Budaqları tikansız olub, bir qədər yoğuntəhər, tünd qırmızı rəngdədir, illik zoğları qaradır. Yarpaqları tünd yaşıl və ya qırmızımtıldır, tərs yumurtavarı, ellipsvarı və ya uzunsov olub, ucu qaralmış, çox vaxt qaidəyə yaxın hissəsi pazşəkillidir, yarpaqlarının təpə hissəsi qısa, sivri ucludur.
Sarjent alması
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır. Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır.
Sinab alması
Sinab alması — Azərbaycanda məşhur alma sortlarından biridir. Azərbaycanda əsasən Quba rayonunda yetişdirilir.
Zibold alması
Zibold alması (lat. Malus sieboldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Alman həkimi Philipp Franz van Ziboldun şərəfinə adlandırılmışdır. O, Yaponiyadan Avropa bağlarına çox miqdarda bitkilər gətirilmişdir. Koreya və Yaponiyada yayılmışdır. Hündürlüyü 10-15 m-ə çatır. Çiçəklərinin rəngi çəhrayıdan ağadək dəyişilir, ətirlidir, meyvələri sarı-qırmızıdır. Budaqları möhkəmdir. Yarpaqları sadədir. Yarpaq ayasının kənarları dişlidir.
Asiya alması
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Dumer alması
Dumer alması (lat. Malus doumeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Qubanın ağ alması
"Qubanın ağ alması" — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı. Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud olsa da, əsas iki mövqe hakimdir: Onların bir qisminin fikrincə "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf müqabili seçə bilərdi. İkinci fikirdə olanlar isə mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar. Bəzi tədqiqatçıların fikrincə "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində eşitmişdir. Başqa bir versiyaya görə isə Cahan xanıma "Qubanın ağ alması" mahnısını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı olan qubalı qızı Reyhan xanım oxumuşdur. Qubanın ağ alması I Qubanın ağ alması, Yeməyə var alması, Yarım gələnə qalıb, Yaramın sağalması. II Qubadan alma aldım, Yarıma yola saldım.
Tamkənaryarpaq Dovşan alması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Qubanın Ağ Alması (1973)
Film Qubanın məşhur ağ almalarından söhbət açır.